Nobel bu yazıçılara verildi

Nobel bu yazıçılara verildi
calendar 10 oktyabr 2019
clock 15:03

Bu gün 2018-2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb. Kulis.az ın məlumatına görə Ədəbiyyat üzrə Nobel mükafatının 2018-ci il qalibi polşalı Olqa Tokarçuk və 2019-cu il qalibi Avstriya yazıçısı Piter Handke olub.

Polşa yazıçısı və şairə Olqa Tokarçuk 1962-ci ildə anadan olub. 2018-ci ildə Buker mükafatı qazanıb. Varşavada psixologiya fakültəsini bitirib. İlk romanı 1993-cü ildə çap etdirdiyi “İnsanların kitaba yolu” uğur qazanıb. “Qaçaqlar” romanı isə ona şöhrət gətirib.

2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Avstriya dramaturqu və yazıçısı Piter Handke 1942-ci ildə anadan olub. Məşhur rejissor Vim Venderslə əməkdaşlıq edib, birgə tamaşalar hazırlayıblar. “Çin işgəncəsi” hekayəsi, “Təkrarlanma” roman-epopeyası və şeirlər kitabı 80-ci illərdə çap olunub. Vim Vendersin “Berlin üzərindəki səma” filminin ssenari müəllifidir. Piter Handkenin məşhur romanı olan "Qapıçının penalti qorxusu" Azərbaycan dilinə tərcümə olunub.

Olqa Tokarçuk "Ensiklopedik ehtirasla sərhədləri aşmağı həyat forması kimi təmsil edən təhkiyə təxəyyülünə görə", Piter Hendke isə "Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə" mükafata layiq görülüblər.

Xatırladaq ki, ötən il Nobel Komitəsində yaşanan qalmaqala görə bir neçə jüri üzvü istefa vermiş, nəticədə Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınmışdı.

Hazırki əsas şəkil

# 3289 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news