Tüpürə-tüpürə gəzən yazıçı

Tüpürə-tüpürə gəzən yazıçı
calendar 27 dekabr 2012
clock 12:52

İrlandiyalı qocanın bədəni şişkin, nəfəsi xırıltılı idi. Təzyiqi nəzarətdən çıxmışdı, böyrəkləri çökmüşdü, ürək döyüntüləri isə nizamsız idi. Yeni ispan həkimi, "Bu yaşlılıqla bağlı ürək-böyrək çatışmazlığı hadisəsidir" - dedi. Həkimin bəhs etdiyi adam Uilyam Batler Yeyts idi. Şairin xroniki xəstəliklər dosyası bir xeyli böyük idi və qışı İspaniyada keçirəndə artıq adiləşmiş ürək problemlərindən birini yaşamışdı. O 3 il sonra, 1939-cu ildə 73 yaşında infarktdan dünyasını dəyişdi.

Harvard Universitetində çalışan həkim C. Rossun "Şekspirin titrəməsi, Oruelin öskürəyi" adlı kitabında maraqlı faktlara toxunur. Onun həyatıyla əlaqədar o qədər az şey bilinir ki, yazılanlar fərziyyədən ibarətdir. Ross, sifilislə bağlı işarələrin Şekspirin əsərlərində müasirlərinin əsərləri ilə müqayisədə daha çox olduğunu ifadə edir. Bu müşahidə Şekspirin gəncliyində dəfələrlə sifilisə tutulduğu və xəstəliyin müalicəsiylə məşğul olduğu barədə fərziyyələr yaradır. O dövrdə yaşayanlar, sifilisi isti duşlar, işlətmə dərmanları və bol miqdarda civəylə müalicə etməyə çalışırdı. Ross, civə zəhərlənməsindən qaynaqlanan tüpürcək axıntısının, "fövqəladə bir yaxşılaşma əlaməti" hesab edildiyini yazır: "Həkimlər civənin dozasını, xəstənin iki həftə boyunca gündə 1.5 litr tüpürcək çıxaracağı şəkildə nizamlayırdı". Ölmədən bir il əvvəl vəsiyyətini imzalayanda Şekspirin əllərinin titrəməsi, gəncliyində qəbul etdiyi yüksək dozada civədən qaynaqlanan əsəb pozuntusunun bir əlaməti ola bilərmi?

Görmə problemi olan şair Con Miltonun da başına da oxşar hadisələr gəlib. Miltonun görmə qabiliyyətinin uzun müddət əvvəl pozulması və səhhətinə dair son dərəcə həssas olan digər detalların çoxu bilinirdi. Amma Ross, Miltonun sağlamlıq problemlərinin çoxunun kor olduqdan sonra azaldığını müşahidə edib. Rossa görə o əslində "göz qişasının yırtılması" xəstəliyinin qarşısını almaq üçün qurğuşun tərkibli müxtəlif qarışıqlardan istifadə edib. Bəlkə də gözləri tamamilə kor olduqdan sonra qarışıqları istifadə etməyi dayandırdığı üçün qurğuşun zəhərlənməsi azalmışdı.

Məşhur yazarlar, ruhi xəstəliklərdən də çox əziyyət çəkib. Conatan Svift, frontotemporal dəliliyə (Pik xəstəliyi) tutulmamışdan çox əvvəl klassik bir “obsesiv kompulsiv” şəxsiyyət pozulması xəstəsi idi. Qələmi son dərəcə güclü olan Nataniel Hotorn, əslində çox utancaq və depressiv biri idi. Emili Brontenin davranışları, “Asperger sindromu”ndan xəbər verirdi. Herman Melvil açıq bir şəkildə Bipolyar affektiv pozğunluqdan əziyyət çəkirdi. Ezra Pound isə dəlinin biri idi. Rossun kitabı qüsursuz deyil. Araşdırdığı xəstələrlə, onu müalicə edənlər arasında yaratdığı fantastik səhnələrin hamısı, bir redaktorun əlindən keçsəydi, redaktor bir neçə qrammatik səhv tapa bilərdi.

Rossun oxucusunu müxtəlif xəstəliklər haqqında məlumatlandırarkən nəqledici, tanıdıcı üslubdan tez-tez didaktik bir üsluba keçməsi, sizi əsəbiləşdirə bilər. Əsl ədəbi mütəxəssislər kitab üçün, "gerçəkləri şorba halına gətirmiş kitab" deyə bilər. Ancaq Ross izahedici üslubunu ön plana çıxarınca, bu qüsurlar görməməzlikdən gəlinə bilər. Daha sonra yaralı məddahların hekayələri, gözlərini qısaraq ətrafa baxan, xırıldayaraq nəfəs alan və ağlını itirən məddahların özləri tərəfindən ovsunlayıcı bir şəkildə sözlərə çevrilir. Bunlar, insana xas xəstəliklərin qüsurlu ancaq mükəmməl bir nümunəsidir.

Türkcədən çevirdi: Cəlil Cavanşir

# 3069 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news