Azad Qaradərəlidən yeni roman

Azad Qaradərəlidən yeni roman
calendar 1 mart 2017
clock 13:30

Yazıçı Azad Qaradərəlinin “Əllidən bir kəm” adlı yeni romanı işıq üzü görüb. “Alatoran” yayınlarında işıq üzü görən kitabın redaktoru Sevinc Elsevər, rəssamı Sürəyya Muğanlı, naşiri Rasim Qaracadır.

Bu barədə Kulis.Aza müəllifin özü məlumat verib.

O bildirib ki, yeni romanının süjeti təxminən üç saat ərzində baş verən hadisədən alınıb. Əyalət şəhərindəki institut filialında dövlət imtahanı götürməyə gəlmiş İmir Çingiz adlı ali məktəb müəllimi bir diplomat pulla geri qayıdır və bu zaman arxadan onun maşınını başqa bir maşınla təqib edirlər. Təqibdən xilas olmaq üçün üç saatlıq yolu qorxu içində sürətlə maşın sürən İmir müəllimin bütün ömrü gözünün önündən gəlib keçir – süjet içərisində süjetlər meydana gəlir. İntihar etmiş alim Məsud Əlioğlu, sürgündə məhv edilmiş Hüseyn Cavid, ona doğru yol göstərən İsmayıl Şıxlı, namuslarına təcavüz etdiyi tələbə qızlar…

Yazıçı əlavə edir ki, oxucu elmi-bədii, fəlsəfi-detektiv notlarla zəngin olan romanda indiyəcən bilmədiyi bir çox həqiqətlərlə üz-üzə qalacaq. Həqiqət həmişə sirli və bir az da qorxulu olub. Amma o əsl sirdirsə, haçansa çözülməliydi.

Xatırladaq ki, bu, müəllifin sayca 6-cı romanıdır.

# 957 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news