Xan qızına sərgi həsr olundu

Xan qızına sərgi həsr olundu
calendar 17 avqust 2017
clock 10:28

Avqustun 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 185 illiyinə həsr edilən sərgi keçirilib.

Kitabxananın uşaq şöbəsinin böyük biblioqrafı Fəridə Alnağıyeva şairənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, Xurşidbanu Natəvan yaradıcılığında poeziyanın müxtəlif janrlarından məharətlə istifadə edib. Onun qəzəlləri müğənnilərimiz, xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunur.

Çıxış edənlər Qarabağ hökmdarı İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı Natəvanın ana yurdunun bu gün düşmən tapdağı altında qaldığını söyləyib, bədnam qonşularımız olan erməni vandallarını lənətləyiblər.

Tədbirdə məktəblilərin ifasında Xurşidbanu Natəvanın şeirlərindən nümunələr səsləndirilib.

/Azertag.az/

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news