Sabir Rüstəmxanlı - 67 VİDEO

Sabir Rüstəmxanlı - 67 VİDEO
calendar 20 may 2013
clock 11:01

Bu gün xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlının 67 yaşı tamam olur.

Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-78-ci illər ərzində ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-89-cu illər arasında isə "Yazıçı" nəşriyyatını baş redaktoru vəzifəsində çalışıb.

"Ömür kitabı” əsəri xalqın milli duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il Milli Azadlıq Hərəkatının mənəvi təməllərindən biri olub.

1989-cu ildə “Azərbaycan” qəzetini təsis edib.

"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.

2005-ci ildə xalq şairi fəxri adına layiq görülüb.

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news