Mən qarğış edirdim yad dildə

Mən qarğış edirdim yad dildə
calendar 3 fevral 2014
clock 14:59

Kulis.az Cəlil Cavanşirin yeni şeirini təqdim edir.

Pərviz Cəbrayıl üçün

I

dalğalar çırpılırdı sahilə və bir qağayı acıq verirdi göy üzünə

erato ətrafımda rəqs edirdi

mən isə yorğun, yenə lövbər atmışam günahlar dənizinə

susdum.

sonra bir şeir pıçıldadım, su üstündəki ayaq izlərimə.

dalğalar intihar edirdi qayalara çırpılıb

aciz bir günahkar qollarını açmışdı boşluqlara

yenə bütün şairlər oyaqdı.

gecənin səssizliyində polis patrulları dolaşırdı sahildə.

mən tanrıları çağırırdım, bilmədiyim yad dildə...

Dəniz başdan başa cəsəddi...

II

bütün günahkarları udmuşdu dəniz.

şəhər su içindəydi

İçərişəhərdən üzüyuxarı qalxırdı buludlar

göz vururdu ölüm mələyi

Mən nəğmə oxuyurdum yad dildə

qağayılar dimdiyində saman çöpü. qarğalar gülürdü adamlara

hər yan insan leşləri və tərtəmizdi hava

mən hündür bir təpədən baxmaq isitdim Bakıya

təpələr uzaqdaydı, hardasa əlçatmazda

bura meqapolisdi

bir saat öncə zirzəmilərdə

və göydələnlərin zirvəsindəydi həyat və macəra

bir az fikirlərim dağınıq, bir az da ruhum avara

buraxdım ruhumu qaranlıqlara...

su bütün şəhəri udmuşdu.

qəzəbliydi məsumlar

dünya çəkilib getmişdi ayağımın altından

bir dua qalmışdı göy üzündə,

sahibsiz bir dua

bütün balıqlar canlıydı,

hamısı insan cildində

və mən dua pıçıldayırdım yad dildə

sükutun vahiməsi canımda,

atıldım boşluqlara

sular cəsədimi çırpırdı sahilə,

qanım yayılmışdı qayalıqlara

bir işıq vardı oğlumun göz bəbəklərində

avara küçə itləri dartışdırırdı cəsədimi

bir ana duası saplanmışdı qaranlıqlara

mən qarğış edirdim yad dildə.

# 1774 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news