Facebook dəli adamın nitqidir

Facebook dəli adamın nitqidir
calendar 24 iyun 2015
clock 10:06

Kulisin “Blitz müsahibə” layihəsində suallara Elçin Hüseynbəyli cavab verir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Ədəbiyyatımızda vacib saydığım əsərlər çoxdur və onun başında Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi” dayanır. Başqalarını sadalamaq istəmirəm, çünki çatdıra bilmərəm.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Özümü konkret olaraq heç kimin davamçısı saymıram, amma təsirləndiyim və bəhrələndiyim yazıçılar bunlardır: Mirzə Cəlil, Andrey Platonov, Selencer. Son zamanlar isə Şalom Əleyxumun “Südçü Tevye” povesti.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Narahat edir. Çünki oxucular getdikcə azalır. Özü də yazıçının hüquqlarını qoruyan hüquqi sənədlər azdır, bəlkə də yoxdur. Mən son zamanlar inkişaf edən internet ədəbiyyatını nəzərdə tuturam. Əsərlərdən hamı bəhrələnir, yazıçıdan başqa. Mən, əsasən məsələnin maddi tərəfini nəzərdə tutram.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Bu dəfələrlə deyilmiş və müzakirə olunmuş məsələdir. Bununçün ilkin maliyyə lazımdır. Ən yaxşı ədəbi nümunələrimiz dövlət səviyyəsində tərcümə edilib yayımlanmalı və onun ardıcıl piarı aparlmalıdır. Bu sahədə müəyyən cəhdlər var, amma bu, sistematik deyil.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- Şedəbiyyat, yaxud sosial şəbəkə ədəbiyyatı, insan təfəkkürünün inkişafına təsir edir, amma örnəklər yaddan çıxır. Əsl ədəbiyyat kiməsə ömürlük təsir edən, yadda qalan ədəbiyyatdır. Sosial şəbəkə ədəbiyyatı sabun köpüyünə bənzəyir. Orada ağıllı və məntiqli fikirlər olsa da təsirsizdir və dəli adamın tez yaddan çıxan maraqlı nitqinə oxşayır.

Bizdə populyarlıq çox nadir hallarda maddi gəlir gətirir. Bayaq dediyim kimi, oxuyanların sayı onsuz da sıfır nöqtəsinə yaxınlaşır.

# 1740 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news