Saday Budaqlının kitabı çıxdı

Saday Budaqlının kitabı çıxdı
calendar 11 noyabr 2015
clock 14:06

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yazıçı-tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibətilə nasirin “Yolüstü söhbət” kitabını nəşr edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitaba yazıçının “Zədə” romanı, povestləri, 1990-2000-ci illərdə yazdığı hekayələri toplanıb.

Saday Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Moskvanın “Nedelya” həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mukafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib. “Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.

# 1488 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news