“Azdrama”da Mirələmovun premyerası olacaq

“Azdrama”da  Mirələmovun premyerası olacaq
calendar 4 noyabr 2016
clock 10:19

Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək.

İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər. Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

# 938 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news