“Qızılgülün adı” serial olur

“Qızılgülün adı” serial olur
calendar 31 yanvar 2018
clock 13:28

“Qızılgülün adı” serialının çəkilişlərinə başlanılıb

Kulis.azın verdiyi məlumata görə, 20 ildən sonra “Qızılgülün adı” yenidən ekrana çıxacaq.

Xeyli tarixi detal və allyuziyalarla işlənmiş çoxqatlı roman əsasında yeni serialın çəkilişlərinə başlayan çəkiliş qrupu Umberto Ekonun romanını ona layiq şəkildə ekranlaşdıracaqlarını, əsərdəkiləri tamaşaçılara olduğu kimi çatdıracaqlarını vəd ediblər. 30 milyon dollarlıq proyekt ekranlara düz 1 il sonra – 2019-cu ilin əvvəlində çıxacaq.

Əvvəldən də xəbər verildiyi kimi, əsas - rahib Baskervilli Vilhelm rolunu aktyor Con Turturro ifa edəcək. Romanın ekran variantı üçün adaptasiyasını ssenarist Naycel Uilyams, Andrea Porporati və rejissor Jakomo Battyato hazırlayıblar. 8 seriyalı mini serialın çəkilişləri Romada “Çineççita” studiyasında həyata keçirilir.

Qeyd edək ki, U.Ekonun romanları kino və serial adaptasiyasının sayına görə fərqlənmir. Çoxları, hətta Stenli Kubrik məşhur “Fuko rəqqası” əsərini ekranlara gətirməyi arzulayırdı, amma mərhum Eko buna imkan verməmişdi. Səbəb “Qızılgülün adı”nın ekran versiyasının (rejissor Jan-Jak Anno. 1986) roman müəllifi tərəfindən bəyənilməməsi idi. U.Ekonun vəfat etməsi və varislərini razılaşdırmaq daha asan olduğu üçün isə hazırda vəziyyət dəyişib./”Ədəbiyyat qəzeti”/

# 1331 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news