Anar: "Şərif Ağayara ayıb olsun"

Anar: "Şərif Ağayara ayıb olsun"
calendar 5 iyun 2013
clock 17:51

“Şərif Ağayarın Yazıçılar Birliyindən çıxarılmasını repressiya kimi qiymətləndirənlər qələt edir, başlarını da divara döyür”.

Bunu Kulis.Az-a verdiyi açıqlamada xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

AYB sədri bildirib ki, repressiya Şərif Ağayarın Fikrət Qocanı təhqir etməsidir: “77 yaşlı bir insan haqqında ölüb demək repressiya deyil? Bu alçaqlıq nümunəsidir və alçaq adamla da məhz bu cür rəftar etmək lazımdır. Alçaq adamın Yazıçılar Birliyində yeri yoxdur. O bir dəfə alçaqlıq etmişdi və biz onu çıxartmışdıq. Sonra gəlib yalvardı, dedi peşman olmuşam, nə var-nə var təqaüd alsın. Biz də humanistlik göstərərək onu yenidən AYB-yə bərpa etdik. Bir il təqaüd aldı. Təqaüd qurtarandan sonra yenidən belə şeylər danışmağa başladı. Əslində bu adamlar haqqında heç danışmağa dəyməz”.

Anar AYB-dən istefalara barədə də danışıb: “Mənə dedilər ki, kimlərsə istefa verib. Dedim, çox yaxşı. Çünki Yazıçılar Birliyinə daxil olmaq da, çıxmaq da könüllüdür. Kim çıxmaq istəyir, çıxsın. Yazıçılar Birliyi nə qədər təmizlənsə, təqaüd üçün bura gələnlər getsə bu ancaq ədəbiyyatın xeyrinə olar”.

Anar Ş. Ağayarın Kulis.Az-a verdiyi müsahibədə səsləndirdiyi, “Mədəniyyət və Turizm Nazirliyindən uzaqlaşmağımın səbəbkarlarından biri də şəxsən Anar olub” fikrinə də münasibət bildirib: “Tamamilə yalan deyir, mən ömrümdə heç kəsə kiməsə görə təzyiq etməmişəm. Təzyiq etsəydim onu yenidən Yazıçılar Birliyinə üzv edib, təqaüd verməzdim. Bu adamın nəfəsi də yalandır. Ayıb olsun ona”.

# 3899 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news