Əkrəm Əylisli sərbəst buraxılıb

Əkrəm Əylisli sərbəst buraxılıb
calendar 30 mart 2016
clock 20:56

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılan yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.

Bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında havalimanında saxlanılıb: "Kitab tədbirində gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa reylsə yola salın, etmədilər”.

“Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: “Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.

Qeyd edək ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan MansurzadəAPA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

# 954 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news