“Təşəkkür” sözündən diksinənlər

“Təşəkkür” sözündən diksinənlər
calendar 14 noyabr 2016
clock 15:24

Kulis.Az Vəliyeva Şahbazənin “Dilimizə yatmayan sözlər” yazısını təqdim edir.

İstifadə etdiyimiz sözlər bizi ifadə edir, yəni biz nəyiksə, sözlərimiz də odur. Dil və mədəniyyət birgə inkişaf edir, birgə zənginləşir və hətta bir yerdə cılızlaşır.

Gəlin, gün ərzində istifadə etdiyimiz sözlərə baxaq. “Qabaqda saxla”, “Xırdanı qaytar”, “Yol ver, düşüm”, hətta, “Az keç qabağa” və s. Biz qarşımızdakı insandan xahiş etməyi bacarmırıq. Sanki kimdənsə, xahiş etmək eqomuzu alçaldacaq, mənliyimizi itirəcəyik.

Üstəlik bu ifadədən istifadə edən insanları qəribsiyirik. Onları lağ obyektinə çeviririk. “Ali təhsil”li, müəyyən qədər dünyagörüşlü insanların belə “xahiş edirəm” ifadəsini nəinki işlətmədiyini, hətta təəccübləndiklərini görmüşəm. Onlar üçün belə nəzakətli, etik davranışlar yalnız kitablarda, kübar cəmiyyətlərdə istifadə olunur. Hələ bunun “təşəkkür edirəm”i var. Bir-birinə təşəkkür edən o qədər az insan var ki, kimsə bu sözü dilə gətirəndə dərhal fərqlənirlər. O insanlar şəxsən mənim üçün doğma insana çevrilir. Bizim ölkəmizdə yaşlı insanlar adətən, gənclərdən şikayət edir. Amma etiket qaydalarında “sovet tərbiyəsi” görmüş yaşlı insanlarımız da gənclərdən fərqlənmir. Metroda, avtobusda yer verdiyimiz ağsaqqallar, xanımlar bir təşəkkürü belə bəzən dilə gətirmirlər. Sakitcə yerində əyləşir. Adi bir sözü deyə bilər halbuki. Və bu yer verənə də, əyləşənə də yalnız başucalığı gətirər.

Bir insandan kömək istəyərkən xahiş edirəm ifadəsindən istifadə edin, sizə kiçik də olsa köməyi dəyən insanların üzünə baxın. Təşəkkür edirəm deyin, qarşınızdakı insanın reaksiyasına baxın. Məmnunluq və kiçik gülümsəmə görəcəksiniz. İnsanları sevindirmək o qədər də çətin deyil. Bəziləri sizi başa düşməyəcək. “Nə ehtiyac var ki”, “Sən indi mədənisən də?” baxışları ilə qarşılaşa bilərsiniz. Amma geri çəkilməyin. Davam edin, təşəkkür edin, xahiş edin. Əvvəlcə, təəccüblənəcəklər. Sonra sizi bu cür qəbul edəcəklər. Bəlkə də, sizdən sonra onlar da bir başqasına təşəkkür edəcəklər. Bax onda siz qalib gəlmiş olacaqsız.

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news