Yox imiş sədaqətim – Günün Şeiri

Yox imiş sədaqətim – Günün Şeiri
calendar 7 may 2019
clock 10:11

Kulis.az Şərif Ağayarın Ramazan ayı üçün yazdığı şeiri təqdim edir.

Ramazan üçün

Gəl, ey könül, peyman tutaq bivəfalar eşqinə
Mən dünyadan vəfa umdum, yox imiş sədaqətim
Bir yar gördüm, düyün düşdü zikr oxuyan dillərim
Uydum qaşın mehrabına, pozuldu ibadətim

Savablardan keçib-getdim, günahlara bələndim
Səs kimi qeybidən gəldim, söz kimi cilvələndim
Ümmanlardan pərvazlandım, buludlardan ələndim
Axıb doldum gül bətninə, bilindi iqamətim

Öz yolundan sapan ki var, dar gündə arxasızdı
Od gəldi ayaq yandırdı, su gəldi arxa sızdı
Dost deyib də haraylama, köynəyim yaxasızdı
Bir gedərgi müsafirəm, yalandır aqibətim

2001

# 2680 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news