Zakir Sadatlının əsəri MKM-in qalibi oldu

Zakir Sadatlının əsəri MKM-in qalibi oldu
calendar 5 iyun 2013
clock 18:54

Bu gün Milli Kitab Mükafatının (MKM) qalibləri açıqlanıb. Kulis.Az-ın verdiyi məlumata görə, ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” əsəri olub.

İkinci və üçüncü yerlərin qalibləri kimi müvafiq olaraq Pərvin Nurəliyeva “Balerina” (2000 min) və Malik Dursunov (“Kara dayı”) (1000) elan olunub.

Qaliblərin kitabları həm kağız, həm də elektron formatda çap olunacaq.

MKM-də internet səsvermənin qalibi mərhum yazıçı Zakir Sadatlı, ən yaxşı uşaq nağılının Əfsanə Laçın, ən yaxşı şeirin Qəşəm Nəcəfzadə, ən yaxşı gənc yazıçı mükafatlarının qalibi Şəhriyar Del Gerani elan olunub.

28 avqust 2012-ci ildən başlayan müsabiqəyə 241 əsər təqdim olunub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-i qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarın 86 yaşı var. Müsabiqədə daha çox 20-25 yaşlı yazarların əsərləri üstünlük təşkil edir.

Azərbaycandakı ədəbiyyat adamları ilə yanaşı Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya və Hollandiyada yaşayan həmvətənlərimiz də əsərlərini müsabiqəyə təqdim ediblər.

Qeyd edək ki, Z. Sadatlının "Əfqanıstan uçurumu" əsəri APA Holdinq tərəfindən nəşr olunub.

# 2112 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news