“Pedro Paramo” romanı çap olundu

“Pedro Paramo” romanı çap olundu
calendar 25 dekabr 2014
clock 17:59

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin Kitabları” seriyasından Xuan Rulfonun “Pedro Paramo” romanı nəşr olunub.

Romanı dilimizə yazıçı, tərcüməçi Yaşar çevirib.

"Pedro Paramo" Meksika yazıçısı Xuan Rulfonun yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər magik realizm janrında qələmə alınan ilk Latın Amerika romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindəndir və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən məhək daşı sayırlar. Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara, gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Romanın maraqlı cəhətlərindən biri də budur ki, Xuan Rulfo təxəyyülünün gücü, əslində, çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir.

Roman Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi dünya miqyaslı söz ustalarının yaradıcılığına da əhəmiyyətli təsirini göstərib. Bunu bütün ədəbiyyat xiridarları deyirdilər. Markesin özü isə bu barədə sonralar belə yazdı: "Pedro Paramo" müxtəlif zamanlarda ispan dilində yazılan bütün romanların ən gözəlidir".

# 1015 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news