Fahişə tərləmiş güzgüyə nə yazdı?

Fahişə tərləmiş güzgüyə nə yazdı?
calendar 11 fevral 2015
clock 15:29

Kulis.az şair Qismətin haykularını təqdim edir.

Böyük şəhərin haykuları

Kitab dükanı.

İlahi, nə çoxdu yenə

adamsızlıq?!

***

Axşamdı. Tıxac.

Bir sərçə qondu qəfil

işıq dirəyinə.

***

Poliklinika. Səhərdi.

Süpürgəçi qadın hesablayır:

siqaret kötüyü çoxdu, yoxsa xəzəl?

***

Aptek. Günorta.

Portmanat boyda olub

müştəri qadın.

***

Kolaya buz düşür,

dilənçi ovcuna qəpik.

Azan səsi.

***

Ofisiantı

dükana göndərmişik.

Sükut əl çalır.

***

Gün düşmür evə,

göydələn böyüdükcə

üzbəüz küçədə.

***

Park. İşıqlar sönüb.

Bir qız telefonun işığında

roman oxuyur.

***

Qışa çoxmu var?

Əlcəklərimi geyinib

saymaq istəyirəm.

***

Tərləmiş güzgüyə

“Ömür” – yazdı fahişə.

Silindi getdi.

***

Dedi ki, əfsus,

xatirə olacağıq

təlxəklərin dilində.

***

Səsi özünün idi.

Baxışları elə bil,

özgəni yamsılayırdı.

***

Güllələr şənləndi:

adamlar mərmər,

çiçəklər çələng oldu.

***

Qəssabxana. Səhər.

Əl-üzünü yuyur

pişik balası.

***

Zibillikdə alma tapıb

iki-üç bomj.

Troya çökəcəkmi?

***

Ayaqqabı silən uşaq

müştəri gözləyir.

Məktəblər tətildədi.

# 2261 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news