Nobelin qalibi bu gün açıqlanacaq

Nobelin qalibi bu gün açıqlanacaq
calendar 13 oktyabr 2016
clock 10:29

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontorunda 2016-cü il Nobel Ədəbiyyat Mükafatının namizədlərinə verilmiş əmsallarda dəyişiklik baş verib. Kulis.az-ın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, yaponiyalı yazıçı Haruki Murakami liderliyini qoruya bilməyib.

O, 7 əmsalla ikinci yerdədir.

Keniyalı yazıçı Nquqi va Tionqo isə ona verilmiş 6 əmsalla siyahının lideri olub.

Suriyalı şair Adonis 7.00 əmsalla 3-cü pilləyə düşüb.

Amerikalı postmodernist yazıçı Don Delilo 11 əmsalla dördüncü yerə yüksəlib.

Norveç yazıçı Yun Fosse və amerikalı yazıçı Filip Rot isə hər biri 13 əmsalla 5-ci və 6-cı yerləri bölüşürlər.

Cənubi Koreyalı şair Ko Un 15 əmsalla 7-ci yerdə qərarlaşıb.

Amerikalı yazıçı Coys Kerol Oats, albaniyalı yazıçı İsmail Kadare və argentinalı yazıçı Sesar Ayra 21 əmsalla müvafiq olaraq 8,9 və 10-cu sırada yer alıblar.

Çex Milan Kundera, israilli Amos Oz və britaniyalı Salman Rüşdi onluqdan kənarda qalıblar.


İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il Belarus yazıçı Svetlana Aleksieviçə verilib.

Mükafatın builki qalibi bu gün Bakı vaxtilə saat 15:00-da açıqlanacaq.

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news