“My name is Sarah…” sərgisi keçiriləcək

“My name is Sarah…” sərgisi keçiriləcək
calendar 10 may 2017
clock 16:43

Mayın 15-dən 18-dək ADO Theatre – Collective rəssam Vüsal Rahimin “My name is Sarah…” adlı yeni fərdi sərgisini keçirəcək.

Kulis.az fraqment.aza istinadən xəbər verir ki, “My name is Sarah…” rəssam tərəfindən danışılan bir insanın həyat hekayəsidir. “Sarah” şərti ad, ümumiləşdirilmiş obrazdır ki, onun vasitəsi ilə hər bir insan öz həyat hekayəsini danışa bilər.

Yaradıcılığının ilk dövrlərindən başlayaraq “Qadın” mövzusu Vüsalın əsərlərinin əsas mövzularından biridir. Rəngkarlıq və qrafika əsərlərində araşdırılan qadının daxili mənəvi və psixoloji, o cümlədən, məişət problemləri öz əksini tapır.

Bu mövzu üzərində bir neçə il ərzində işləyərək rəssamın cari mövzuya olan bədii yanaşması forma baxımından kəskin surətdə dəyişilib.

Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. Əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilənir.

“Black woman” adlı ilk fərdi sərgisi 2013-cü ildə Bakıda Yay Qalereyasında keçirilib.

# 1584 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news