Taleh Həmidin yubileyi qeyd olunub

Taleh Həmidin yubileyi qeyd olunub
calendar 23 iyun 2017
clock 10:28

Nizami Kino Mərkəzində tanınmış şair Taleh Həmidin anadan olmasının 65 illiyi münasibətilə keçirilən anım tədbiri onun sağlığında çəkilmiş filmin nümayişi ilə başlayıb.

Tədbirdə mərhum şairin qələm dostları, tələbə yoldaşları, yaradıcılığının pərəstişkarları və başqaları iştirak ediblər.

Tədbirin aparıcısı filologiya elmləri doktoru Məhərrəm Qasımlı Taleh Həmidi özünəməxsus lirik duyğuları, “kənddən gətirdiyi ab-havanı” ömrünün sonunadək qoruyub saxlayan, “şeirləri, yazıları taleyinə çevrilən” istedadlı bir şair kimi səciyyələndirib.

Xalq Şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, şair Ramiz Məmmədzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları çıxış edərək “çöllərin, güllərin ətrini, ormanın naxışını” özü ilə götürüb “bu şəhərə şair olmağa gələn”, “fırlana-fırlana bizi fırladan dünyada” “saça dən, alına qırış” salan, “ömür yuxuymuş” söyləyən və “kəndə qəbir olmağa qayıdan” Taleh Həmid poeziyasının rəngarəngliyi, sehrkar gücü, şairin özünün isə “ədəbiyyat ağacının həmişəyaşıl bir yarpağı” olmasından bəhs ediblər. Belə bir fikir vurğulanıb ki, onun nə qədər yarımçıq arzuları, əsərləri qalsa da, ağrı-acıları, itkiləri, həsrət və duyğuları ilə bütöv bir ömür, bütöv bir tale yaşayıb - şair taleyi, Taleh taleyi...

Anım tədbirində aktyorlar şairin şeirlərindən nümunələr söyləyiblər.

Şairin qardaşı Eyvaz Həmid və həyat yoldaşı İradə Taleh Həmid poeziyasının vurğunlarına və onun xatirəsini əziz tutanlara ailə üzvləri adından təşəkkür ediblər. /azertag.az/

# 1078 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news