Hər şey eynidir – Monoloq - Video

Hər şey eynidir – Monoloq - Video
calendar 4 sentyabr 2019
clock 10:03

Kulis.az Nicat Manafovun "Hər şey eynidir" poetik monoloqunu və aktrisa Ləman Mərihin ifasında vidoyazısını təqdim edir.

Gecədən ağlıma ilişib qalır düşüncələr. Ən çox da səssizliyin o zülmət qaranlığında xatırladır özünü ağrılar, xatirələr, xəyallar.

Bu gecəni də yola versəm düzələcək ümidi ilə qalxıram ayağa, bəzən gəzirəm, bəzən otururam, bəzən də kövrəlirəm, pəncərədən çölə baxıb günəş gözləməyə başlayıram.

Günəş görünür, işığı çox incidir gözlərimi, amma çəkmək istəmirəm gözümü ondan, bir gün görməyib darıxacağımdan çox qorxuram.

Nə qədər əlimdə fürsətim var, qoy baxım doyunca işığa, küçəyə, insanlara.

Səhərin açıldığını hərəkətlənən səslərdən, siqnallardan, bağırışlardan, ayaq səslərindən hiss edirəm.

Getmək istəyirəm onlara qoşulub, yanlarında olmaq istəyirəm, sevinclərinə ortaq olmaq istəyirəm.

Keçib güzgüdə özümə baxıram, keçən gecədən üzümdə qalan izlərə toxunuram, oxşayıram onları əlimlə sığallayıb.

Geyinib qapıdan çıxanda arxaya baxmıram, narahat qalacağım, itirəcəyim heç nə yoxdur otaqlarda.

Hələlik otaq, mənim üçün darıxma, gecə olsun qayıdacam qucağına.

Şəhər, bu gün də eynidir, hər şey eynidir, eyni səs-küy, eyni məqsədlər, tələsir ora-bura adamlar. Boş qalmır heç yer, biri gedir, biri gəlir yerinə.

Tələsmək, necə də yadam bu istəkdən, nə məcburam getməyə harasa, nə də oturub qalmağa.

Atıram özümü onların arasına, yanımda insanları hiss edirəm.

Dayanın, buradayam.

Məni də aparın, mənimlə də danışın, halımı soruşun.

Yormaram sizi, gizlədərəm gecələri, yaxşıyam, sən necəsən?

# 3137 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news