Ad günün mübarək, şair-professor

Ad günün mübarək, şair-professor
calendar 14 mart 2013
clock 10:32

Sabah Qismətin ad günüdür – gələcəkdə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri ola biləcək şəxsin.

Düzünü deyim, əvvəl Qisməti bəyənmirdim. Deyirdim ki, gənc yaşından özünü Anara oxşatmağa çalışır. Bir də deyirdim ki, Ramiz Rövşənin şeirlərinə yunan miflərindən bir-iki personajın adını əlavə etməklə Kavafis olmaq olmaz! Bu, müasir şeir deyil!

Sonra narahat bir atmosferdə tanış olduq. Qan Turalı işləri necə düzdü-qoşdusa rəhmətlik Rafiq Tağının qırxında Qismətlə üzbəüz oturmalı olduq.

Yaxından tanış olduqca gördüm ki, əslində Azərbaycanda müasir ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsini yaxşı bilən dörd-beş adam varsa, bəlkə də biri Qismətdir. Adam İtalo Kalvinodan Terri İlqtona və Suzan Sontaqa kimi hamını oxuyur və bilir.

Bugünkü çılğın mühitimizdə Qismət həm də çox mədəni bir insan imiş. Hətta deyərdim 80-ların müsbət bir Əhmədli tipajı var onda. (Təsadüfdən Qismətlə həm də qonşu imişik.)

Elə bir tipaj ki, MacDonald’s və İdman zalının arasında, yanacaqdoldurma məntəqəsinin qarşısındakı dağılmış səkidə sizi saxlayıb rus dilində “bağışlayın, burada bir kitab evi var idi, o haradadır?” soruşa bilər. Siz də təəccüblə “axı o çoxdan bağlanıb” deyərsiniz. (Belə bir əhvalat həqiqətən başıma gəlib bu yaxınlarda.)

Şeirlərini hələ də bəyənmirəm. Deyirlər ki, iki tip insan var – yaza bilən və yaza bilməyib yazanlara yazmağı öyrətmək istəyənlər. Mən də bu sonuncu tip insanların klassik bir nümunəsi kimi, bir qədər narazıyam. Amma ümid edirəm hələ. Çünki, qarşıda Qismətin uzun bir yaradıcılıq yolu var.

Qismət həm də müəllimdir. İndi bilmirəm, Qismət hansını seçəcək – şair ola bilib, amma professor olacaqmı – zaman göstərəcək. Bir onu deyə bilərəm ki - Nazim Hikmətdən sitat çəksək – yapılan işin ya çok iyisi yaşıyor bizdən sonra, ya çok kötüsü. Arzum budur ki, Qismətin işi “orta halli” olmasın.

Ad günün mübarək, şair-professor!

# 4058 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news