“Yazıçılar hələ 50 il gözləsin”

“Yazıçılar hələ 50 il gözləsin”
calendar 1 aprel 2013
clock 11:17

“Tikinti işləri 50 ilə başa çatacaq. Bunun yazıçılara, şairlərə heç bir aidiyyəti yoxdur. Hələ gözləsinlər. Bizim işlərimizə qarışmasınlar, öz işləri ilə məşğul olsunlar”.

Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada yazıçılar üçün mənzillər verilmiş binanın tikintisini həyata keçirən “Abidə” MTK-nın rəhbəri Arif Mədətov söyləyib.

Arif Mədətov deyib ki, onlar iki yeni bina tikəcəklər, bu binaların tikilməsi üçün burada yerləşən evlər sökülməlidir: “Buna görə də təhvil verilmə prosesinin nə vaxt olacağını bilmirik. Binaların üçü də hazır olmalıdır ki, təhvil verilmə prosesi başa çatsın. İşlər uzun çəkəcək”.

Tikinti şirkəti rəhbəri onu da deyib ki, məsələ ilə bağlı televiziyada açıqlama verərək bütün məsələlərə aydınlıq gətirib: “Anar müəllimlə də bu mövzuda ətraflı söhbətimiz olub, hər şeyi ətraflı izah etmişəm. Artıq söz-söhbətə ehtiyac yoxdur”.

Xatırladaq ki, Yazıçılar Birliyinin ev siyahısında olan şəxslər Kulis.az-a verdikləri açıqlamada tikinti işlərinin başa çatmamağı səbəbindən mənzilləri sata bilmədiklərini söyləmişdilər.

Yada salaq ki, təxminən bir il bundan əvvəl Yazıçılar Birliyinin ev siyahısı açıqlanıb. Qərara alınıb ki, dörd şəxsə bir mənzil verilsin və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünsün.

# 2990 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news