“Ölü canlar” üç hissəli imiş...

“Ölü canlar” üç hissəli imiş...
calendar 10 dekabr 2013
clock 08:45

“Flavorvire” saytının əməkdaşı Jason Diamond ədəbiyyat tarixinin ən məşhur itkin mətnlərinin arxasınca düşüb.

Kulis.az o mətnlərdən bəzi nümunələri təqdim edir.

Qoqolun “Ölü canlar”ının ikinci və üçüncü hissələri

Rus ədəbiyyatının şedevrlərindən biri sayılan “Ölü canlar” əslində yarımçıq qalmış əsərdir. Qoqol Dantenin “İlahi komediya”sından təsirlənərək yazmağa başladığı “Ölü canlar”ı 3 hissə etməyi planlaşdırıb. Ancaq ilk hissənin çap olunmasından sonra böhran keçirən yazıçının bir rahibin təsiri altına düşərək digər iki hissəni yandırdığı deyilir.

ABŞ yazıçısı Herman Melvillin "Isle of the Cross" (hərfi tərcüməsi: “Xaç adası”) əsəri

Naşirlərin “Mobi Dick” kimi romanı yazmış bir yazıçının ikinci əsərini qəbul etmədiklərini düşünmək olmur. Bütün hallarda bu amerikalı yazıçının "Isle of the Cross" adlı əsərinin başına nə gəldiyi bəlli deyil.

Markiz de Sadın əlyazmaları

Markiz de Sad atasının ölümündən sonra yayımlanmış bütün əlyazmaları yandırmışdı...

Artur Rembonun “La Chasse spirituelle" (hərfi tərcüməsi: “Ruhani ov”) şeiri

Bu şeir Rembonun ən yaxşı şeirlərindən biri sayılırmış. Amma şeirin yazıldığı dəftər, çox təəssüf ki, Rembonun dostları tərəfindən oğurlanmışdı.

Silviya Pltanın ikinci romanı

"Double Exposure" (“İkili ekspozisiya”), yaxud "Double Take"... 1963-cü ildə Silviya Platın ölümü ilə yarımçıq qalmış romanın adı bunlardan biri olmalı idi. 1970-ci illərdə isə bu yarımçıq əlyazma tamamilə yoxa çıxdı.

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news