Mövlud Mövludun anım günü keçirildi

Mövlud Mövludun anım günü keçirildi
calendar 31 mart 2017
clock 10:45

Dünən Yunus Əmrə İnstitutunda gənc yazıçı Mövlud Mövludun anım gecəsi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, tədbirə mərhum yazıçı Mövlud Mövludun yaxın dostları və qələm yoldaşları qatılıb.

Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə keçirilən anım məclisini giriş sözü ilə fondun aparat rəhbəri, şair Qismət Rüstəmov açıb.

Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış edərək salamlayıb, mərhuma Allahdan rəhmət diləyib.

Yazıçı Səfər Alışarlı çıxışında M.Mövludun anım gününün Yunus Əmrə İnstitutunda keçirilməsinin böyük məna kəsb etdiyini söyləyib: “Mövlud türk dünyasına, Yunus Əmrəyə vurğun idi. Biz türk, Azərbaycan ədəbiyyatına vurğun gənc yazıçı dostumuzu itirdik”.

M.Mövludun dostları Zahir Əzəmət, Şərif Ağayar, Seyfəddin Hüseynli, Kəramət Böyükçöl, Anar Amin, Fəxri Uğurlu və başqaları mərhum yazıçı haqqında maraqlı xatirələr danışıblar.

Tədbirdə yazıçının Yaradıcılıq Fondu tərəfindən nəşrə hazırlanan kitabı ətrafında müzakirələr apardılar.

Mövlud Mövludun anım gecəsi keçirildi | MANERA.AZ

Mövlud Mövludun anım gecəsi keçirildi | MANERA.AZ

# 1004 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news