Kamal Abdullanın əsəri “Azdrama”da - AFİŞA

Kamal Abdullanın əsəri “Azdrama”da - AFİŞA
calendar 18 may 2017
clock 11:24

Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşası təqdim olunacaq.

Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, tamaşa mayın 19-da saat 15-də nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.

Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcəklər.

Səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İki nəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Beş şəkildən ibarət əsəri Kamal Abdulla “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” şəklində təqdim edib.

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news