“Heydərbabaya salam” gürcü dilində

“Heydərbabaya salam” gürcü dilində
calendar 2 avqust 2017
clock 12:30

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının (GAAŞ) təşkilatçılığı və dəstəyi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Təbriz şəhərində Azərbaycan və fars dillərində yazıb-yaratmış şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının gürcü dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi keçirilib.

Aparıcı Dursun Ayvazov şair M.Şəhriyarın həyat və yaradıcılığı barədə məlumat verib.

Universitetin rektoru Georgi Şervaşidze, GAAŞ-ın sədri İsak Novruzov, müavini Mayak Nemətov, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri Kamran Fərdi, Tbilisi şəhər bələdiyyəsinin müşaviri Kaxa Tsetsxiladze, Təbriz Universitetinin direktoru Pur Muhəmmədi, Təbriz Universitetinin Qafqaz Tədqiqat Mərkəzinin direktoru Əhməd Fərşbafian, TDU-nun professoru Namadi Bartaia, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Fəxri Hacıyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, poemanı gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımov M.Şəhriyarın həyat və yaradıcılığı haqqında dəyərli fikirlərini bölüşüblər. Azərbaycanlı və gürcü tələbələr poemadan parçaları Azərbaycan, gürcü və fars dillərində söyləyiblər.

Sonda “Heydərbabaya salam” poemasından bir parça M.Şəhriyarın lent yazısında səsləndirilib. İranın Gürcüstandakı səfirliyinin nümayəndəsi “Heydərbabaya salam” poemasını gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımova hədiyyə təqdim edib.

Tədbirdə Azərbaycan-Gürcüstan və İran ictimaiyyətinin nümayəndələri, görkəmli ədəbiyyatşünaslar, ictimai birliklərin üzvləri və ziyalılar iştirak ediblər. /azertag.az/

# 1034 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news