Müsəlman yazıçı İsveçin ədəbiyyat mükafatını aldı

Müsəlman yazıçı İsveçin ədəbiyyat mükafatını aldı
calendar 29 noyabr 2017
clock 15:12

İsveçin ən nüfuzlu ədəbiyyat mükafatı olan yazıçı Avqust Strindberq adına “İlin ən yaxşı fantastik kitabı” mükafatı 38 yaşlı müsəlman əsilli İohan Anyurunun "Öldürdüklərinin göz yaşında boğulacaqlar" kitabına verilib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qalib çıxışında yazıçı “Əlhəmdülillah ki, bir müsəlman olaraq İsveçin ən nüfuzlu mükafatına layiq görüldüm” deyərək, mükafatın onun üçün mühüm olduğunu qeyd edib.

Anyurunun “Öldürdüklərinin göz yaşında boğulacaqlar” romanı gələcəkdə İsveçin irqçilər tərəfindən necə idarə olunacağından bəhs edir.

“İlin ən yaxşı uşaq kitabı” mükafatı Sara Lunderqə, “İlin ən gerçək hekayə” mükafatı isə Fatima Brennerə təqdim olunub. Əsərləri üç nominasiyada qalib olan yazıçılara əsas mükafatlardan əlavə 10 min avro da verilir.

Xatırladaq ki, Avqust Strindberq adına ədəbiyyat mükafatı 1989-cu ildən təqdim olunur.

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news