Həsənağa Turabovun xatirəsi anılacaq

Həsənağa Turabovun xatirəsi anılacaq
calendar 5 iyun 2018
clock 17:39

İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılacaq, kino mədəniyyətimizin inkişafındakı xidmətləri xatırlanacaq.

Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsənağa Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. O, 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu aktyorluq ixtisası üzrə bitirərək, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Görkəmli aktyor bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər uğurlu rolu “Babək” filmindəki Afşin obrazıdır. Aktyorun “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir.

“Qanlı zəmi” filminin rejissoru olmuş sənətkar son dəfə “Ailə” və “Nə gözəldir dünya” filmlərində çəkilib./azertag.az/

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news