Müsabiqə katibi şok faktlar açıqladı

Müsabiqə katibi şok faktlar açıqladı
calendar 3 aprel 2013
clock 14:34

“Etimad dostumdur, ancaq mənə elə gəlir ki, o da imtina axınına qoşuldu. Onun mükafatdan imtina etməsi mükafata son zərbə oldu. Açığı, bu addımı səmimi qəbul etmədim. Əgər müsabiqə qeyri-obyektiv idisə əvvəlcədən imtina edə bilərdi. Digər tərəfdən mükafat Yusif Səmədoğlu adına idi və kifayət qədər ciddi mükafatdır. Puldan imtina etsəydi, daha məntiqli olardı” – bu sözləri AYB-nin Ədəbiyyat müsabiqəsinin katibi Fərid Hüseyn Kulis.Az-a açıqlamasında bildirib.

F. Hüseyn Vilayət Quliyevin əsərinin publisistika mükafatında olduğu halda esseistika və tənqid mükafatında qalib olmasını səhv addım kimi qiymətləndirdi: “Vilayət Quliyevin əsəri esseistika janrının tələblərinə cavab vermir. Onun əsəri ancaq Nəcəf Nəcəfov adına publisistika mükafatını ala bilərdi. Sonuncu iclasa qədər Vilayət Quliyevin əsəri publisistika mükafatında idi. Bu cür nəticə gülməlidir”.

Sonradan təsis olunan Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət nominasiyasında qalib olan Tofiq Məliklinin əsərinin müsabiqədə olmadığını bildirən F. Hüseyn Ramiz Rövşənin Aqşinə səs vermədiyini də söylədi: “Ramiz Rövşən Aqşinə səs vermədi. Səhv etmirəmsə Ramiz müəllim səsini Mahir Qarayevə vermişdi. Bütün nominasiyalar üzrə ən çox səs toplayan müəllif Aqşin Yenisey idi. 11 nəfər münsifdən 8-i səsini ona vermişdi. Əgər mükafat Aqşinə verilməsəydi səsvermənin nəticələrini açıqlaya bilərdim ki, necə olur səsvermələrdə Aqşin çox səs toplayır, sonra seçilmir. Ancaq bütün hallarda hesab etmirəm ki, müsabiqə ədalətsiz keçdi”.

# 2905 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news