"Oxucularımı dişləmək istəyirəm"

"Oxucularımı dişləmək istəyirəm"
calendar 11 may 2013
clock 07:15

Haruki Murakaminin aprel ayında çapdan çıxan yeni romanı “Şəffaf Tsukuru Tasaki və zəvvarlığının bir ili” (“Shikisai wo Motanai Tasaki Tsukuru to Kare no Junrei no Toshi”) elə birinci həftədəcə bir milyon tirajla çap olundu. Bundan sonra böyük uğurlar qazanmasına baxmayaraq ictimaiyyət arasında görünməyi xoşlmayan yazıçı 1995-ci ildən bəri ilk dəfə oxucularının qarşısına çıxdı.

Doğulduğu Kyoto şəhərində keçirilmiş bir seminarda çıxış edən Murakami 2007-ci ildə həyatını itirmiş dostu psixoterapevt və yazar Hayao Kavainin adına təsis olunacaq ədəbiyyat mükafatı haqqında məlumat verib. Seminar üçün yalnız 500 nəfərlik dəvətnamə verilib. Dəvətnamələr püşklə müəyyənləşdirilib və seminar boyu isə çəkilişə icazə verilməyib.

Yeni romanında 36 yaşındakı Tsukuru Tazaki adlı bir dəmiryolu mühəndisinin doğma şəhəri Naqoyaya qayıtmasını və yeni bir həyata başlamaq üçün keçmiş dostları tərəfindən niyə rədd edildiyinin səbəbini öyrənməyə çalışarkən başına gələnləri təsvir edən Murakami belə deyib: “Digər romanlarımda olduğu kimi bir az üstüörtülü yazmaq istədim. Amma bu dəfə “real insanlar”a qarşı böyük bir maraq oyatmağa çalışdım. Xarakterlər olduqları kimi davrandılar və mən də onların davranışlarına müvafiq hərəkət etdim”.

Həvəskar bir marafon qaçışçısı kimi tanınan və “Qaçışdan danışanda nədən danışıram” (“What I Talk About When I Talk About Running”) adlı kitabında da bəhs etdiyi kimi səhərləri yazı yazdıqdan sonra qaçışa çıxan, daha sonra ev işlərini görüb ailəsiylə zamanını keçirən Murakami küçədə gəzərkən tanınmaqdan narahat olduğunu deyir: “Elə hesab edin ki, mən təhlükəli adamam, uzaqdan baxanda heç nə yoxdu, amma yaxınlaşmaq, danışmaq və ya toxunmaq istəsəniz dişləyə bilərəm”.

# 2723 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news