Üzməyi suda boğulan daha tez öyrənər

Üzməyi suda boğulan daha tez öyrənər
calendar 14 yanvar 2014
clock 15:33

Kulis.Az Con FaulzunKahinromanından seçmələri təqdim edir.

…Sinizm (ictimai, əxlaqi, mədəni, mənəvi dəyərlərə nifrət etmə.-İ.U.) arxasında həmişə gücsüzlük, bir sözlə – impotensiya — durur; mübarizədən yüksəkdə yalnız gerçəkdən də mübarizə aparmış şəxs ola bilər.

…Kiçik ibtidai həqiqətlərin axtarışı naminə uydurma içindən yüzlərlə səhifəni yarıb keçməyə gərək varmı?

…Əyləncəvilik ədəbiyyatda bayağılıqdır.

… Cəmiyyətdə təsadüfləri sıfıra endirmək, qullarını azadlıq seçimindən məhrum etmək üçün bir üsul da mövcuddur: onları keçmişin gələcəkdən üstün olduğuna inandırma gərəkdir.

…Üzməyi suda boğulan daha tez öyrənər.

… Hitler özünə xəyanət etməmişdi. Lakin milyonlarla alman özünə xəyanət etdi. Faciə, bax, budur. Faciə – tək bir adamın şər bələdçisi olmağa cəsarət etməsində deyil. Faciə odur ki, ətrafdakı milyonlarla adam xeyrin tərəfini tutmağa cəsarət etmədi.

… Sözlər fantaziyanı yox, faktları əks etdirmək üçündür.

… İndi siz, gənclər, bir-birinizlə öz bədəninizlə bölüşürsünüz, bədənlərinizlə əylənirsiniz, büsbütün özünüzü verirsiniz. Bizim üçün isə belə şeylər əlçatmaz idi. Amma bilin ki, çəkincəkliyin dəyərli sehrini əməllərinizə qurban verirsiniz. Nəinki nadir heyvan növləri, duyğuların nadir növləri də yoxa çıxmaqdadır.

… Özümüzü olduğumuz kimi qəbul etməyimizlə özümüzü necə olmalıyıq ümidindən məhrum edirik.

…Sivilizasiya – onu təşkil edən hər bir ayrı-ayrı dövlətdən kamil ola bilməz; dövlət – onun hər bir ayrı-ayrı vətəndaşından kamil ola bilməz.

… Hər bir tapmacada enerji gizlənir. Cavab arayan hər kəs də bu enerjidən qidalanır.

… Azadlığı nə qədər çox dərk edirsinizsə, o qədər az ona maliksiniz.

… Hərdən səssizlik özü elə şeirdir.

… Bəzən sevgi — sevdiyinin nailiyyəti yox, sadəcə sənin sevmək bacarığındır.

Çevirdi: İlahə Ucaruh

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news