Kənd – Şəmşad Ağa

Kənd – <span style="color:red;">Şəmşad Ağa
calendar 12 dekabr 2014
clock 15:40

Kulis.az Şəmşad Ağanın “Kənd” şeirini təqdim edir

Bir gün dönəcəyim kənd,

- bir vaxt doğma anam idi

və ən inandığım

adam idi...

Yamacından daş atardıq,

çatmazdı atdığımız daşlar

adamlara,

kirəmitli damlara...

üstündəki qayadan

balaca görünərdi adamları,

- yuvasına yem daşıyan

qarışqalar kimi...

hətta dağ boyda məmməd dayı da...

Hərdən uşaq ağlımızla

dərdləşərdik,

kövrələrdik,

acıyardıq halına;

- əvvəllər belə deyildi,

90-larda əyildi,

oğlu cəbhədən dönməyən

fatma qarı kimi büküldü beli...

Dağ kimi oğullar getdi,

qayıtmadı biri də...

çilik-çilik oldu,

sındı bu kənd,

- köks ötürüb belə deyirdi məmməd dayı...

Üzülmüşdü

adamları boşaldıqca,

cəbhədən hər gün gələn

şəhid tabutları boyda kiçilmişdi bu kənd...

Bir vaxtlar sevdiyim o kənd qızı da,

iki uşaq anasıdı...

sevmədiyi bir ocaqda

bəlkə də, layla səsinə bələyər körpəsini

və üzü keçmişə doğru

bir gələcək donar gözlərində...

Amma mən

bu kəndə qonaq gedəcəm,

daha yoxuşlar da tanımaz məni...

bir gün dönəcəyim kənd,

bir vaxt doğma anam idi

və ən inandığım adam idi...

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news