Sabir Əhmədlinin kitabı təqdim olundu

Sabir Əhmədlinin kitabı təqdim olundu
calendar 14 iyul 2015
clock 14:03

Bu gün saat 12-də Beynəlxaq Mətbuat Mərkəzində Xalq yazıçısı Sabir Əhmədlinin “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kulis xəbər verir ki, tədbirdə Sabir Rüstəmxanlı və Aqil Abbas, yazıçının ailə üzvlərindən - həyat yoldaşı Şaban xanım, qızı Yaqut xanım, oğlu Etibar bəy, eyni zamanda bir çox yazarlar və media mənsubları iştirak edib.

Sabir Əhmədli ilə bağlı xatirələrini bölüşən Sabir Rüstəmxanlı yazıçının yubileyinin “Natəvan” klubunda keçirilməsi təklifini irəli sürüb. Eyni zamanda qeyd edib ki, yubiley tədbirini Azərbaycan Yazıçılar Birliyi həyata keçirməlidir.

Aqil Abbas mərhum yazıçıdan söhbət açarkən deyib ki, Sabir müəllim dəfn olunduğu Binəqədi qəbiristanlığını Fəxri Xiyabana çevirdi.

Qeyd edək ki, təqdimat mərasimində AYB-dən rəsmi nümayəndə iştirak etməyib.

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news