Bir müəllifin iki kitabı təqdim olundu

Bir müəllifin iki kitabı təqdim olundu
calendar 13 sentyabr 2017
clock 11:34

Ötən həftə Əmircan qəsəbəsi Səməd Mənsur adına Mədəniyyət evində Məhbubə xanım Hacıyevanın iki kitabının - "Qızılgül ətri" və ""Səadət"dən qopan qorxu" romanlarının təqdimatı olub.

Tədbiri açıq elan edən aparıcı Azər Kərimov əvvəlcə müəllifin yaradıcılığından söhbət açıb, onun şeirlərindən birini nümunə gətirib.

Səhnədə Məhbubə xanımın yaradıcılığı və ""Səadət"dən qopan qorxu" romanının qəhrəmanı Murtuza Muxtarov haqqında video-çarx nümayiş edilib.

Tədbirdə çıxış edən müəllif yazdığı kitablar haqqında açıqlama verib: "Qızılgül ətri" romanındakı hadisələr Lahıc kəndində siyasi qurumlar altında əzilən bir bəy ailəsinin başına gələn olaylardan bəhs edir. Kitabda həmçinin o dövrdə Lahıcda sığınacaq tapmış Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, Mir Cəfər Bağırov, Əhməd Cavad kimi tanınmış şəxslərin adına rast gəlmək olar.”

Təqdim olunan ikinci kitab Bakı neft milyonçusu, mesenat Murtuza Muxtarov haqqındadır. Romanda M.Muxtarovla yanaşı digər milyonçuların, qoçuların, M.Ə.Rəsulzadə başda olmaqla bir neçə siyasi xadimin, 1918-ci ilin mart soyqırımı, Xalq Cümhuriyyətinin qələbəsi və süqutu haqqında geniş məlumat verilir.

Təqdimata gələn qonaqlar da müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında öz ürək sözlərini söyləyiblər. İlk çıxışı yazıçı-publisist İntiqam Mehdizadə edib.

Yazıçı-publisist Xeyrulla Ağayev də çıxış edərək müəllifin yaradıcılığı haqqında öz ürək sözlərini deyib.

Murtuza Muxtarovun varisi Zinyət xanım və digər qohumlar da təqdimatda iştirak ediblər. Zinyət xanım çıxış edərək babasının xatirəsini yenidən yaşatdığı üçün müəllifə öz dərin minnətdarlığını bildirib.

Yazıçı Əhmədağa Kərimli, Xalq rəssamı Qəyyur Yunis, dosent Ağamehdi Mehdiəliyev, BMA-nın professoru Məmmədağa Umudov, Əmircan kəndinin ziyalıları Rubil Süleymanov, Rəfiqə Rəfiyeva və digər yerli sakinlər öz ürək sözlərini söyləyiblər.

Təqdimat bitdikdən sonra iştirakçılar M.Muxtarovun qəbrini və milyonçunun vəsaiti ilə tikilən "Murtuza Muxtar" məscidini ziyarət ediblər.

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news