Azərbaycan-Türkiyə naşirləri bir arada

Azərbaycan-Türkiyə naşirləri bir arada
calendar 29 sentyabr 2017
clock 13:33

V Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan və Türkiyə naşirləri arasında reallaşan görüşdə müxtəlif mövzularda çap edilən kitabların tərcümə olunmasından danışılıb.

Sentyabrın 29-da keçirilən tədbir hər iki ölkənin naşirlərini bir araya gətirib.

Görüşdə Türkiyənin "Nar yayınları" nəşriyyatının təmsilçisi Tayfur Esen məruzə ilə çıxış edib. Bildirib ki, son illər türk ədəbiyyatına Azərbaycanda, eyni zamanda, Azərbaycan ədəbiyyatına Türkiyədə olan maraq hər iki ölkənin poliqrafiya və nəşriyyat evlərinin əməkdaşlığına ciddi əsaslar verir. Hər iki ölkənin kitab satışı ilə məşğul olan şirkətlərinin işə töhfə vermələrinin zəruriliyini qeyd edən T.Esen rəhbəri olduğu qurumun bu istiqamətdə müvafiq işlər görəcəyini vurğulayıb: “Son illər Türkiyədə nəşr edilən müxtəlif mövzulu kitablara Azərbaycanda böyük marağın şahidiyik. O cümlədən bizim ölkədə də eyni maraq var. Çalışmalıyıq ki, bu işin daha da sürətlənməsi üçün çap və paleoqrafiya evləri arasında əlaqələr quraq və yeni nəşrlərin satışını həyata keçirək. Bakıda beynəlxalq kitab sərgisində iştirakımız məhz bu istiqamətdə qarşılıqlı əməkdaşlığa söykənən əlaqələrimizi təkmilləşdirmək, aidiyyəti qurumlarla razılıq haqqında müqavilələr imzalamaqdan ibarətdir. Bir sözlə, tərcümə sahəsindən tutmuş digər sahələrədək qarşılıqlı əməkdaşlığı nəzərdən keçirməliyik”.

“Ötükən” nəşriyyat evinin təmsilçisi Ertuğrul Alpay çıxış edərək Türkiyədə fəaliyyət göstərən paleoqrafiya və nəşriyyat evlərinin fəaliyyətindən, kitabların çap edilmə metodundan, təmsil etdiyi ölkənin kitab bazarlarının hazırkı durumundan, hər il ən çox oxunan və satılan kitablardan və digər mövzulardan bəhs edib.

Qeyd edilib ki, Türkiyədə mədəniyyət və ədəbiyyat sahəsinə aid olan kitabların çapının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu yöndə müəyyən irəliləyişlərə nail olunduğuna toxunan E.Alpay bu işi təmsil etdiyi çap evinin gələcəkdə daha da genişləndirəcəyini söyləyib.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıların maraq doğuran sualları cavablandırılıb. /azertag.az/

# 969 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news