Hüseyn Cavidin əsərləri bolqar dilində

Hüseyn Cavidin əsərləri bolqar dilində
calendar 27 oktyabr 2017
clock 10:08

Görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə ədibin “Maral” və “Şeyda” əsərləri bolqar dilində çap edilib.

Kulis.az-ın verdiyi xəbərə görə, hər iki kitabın tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. “Maral” əsərini bolqar dilinə tərcümə edənlər - Momçil Şopov, Janet Nikolova, redaktoru Sofiya Şiqaevadır. “Şeyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Şiqaeva, redaktoru isə Veneta Yankovadır.

Qeyd edək ki, bu gün sözügedən nəşrlərin Bolqarıstanda təqdimatı keçiriləcək. Tədbir Azərbaycanın Bolqarıstandakı Səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Kitablar Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanası da daxil olmaqla, digər aparıcı kitabxanalara, eləcə də həmin ölkənin ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news