İlk milli komiks kitabımız nəşr olunub

İlk milli komiks kitabımız nəşr olunub
calendar 23 noyabr 2017
clock 17:27

Azərbaycanda ilk komikslər kitabı nəşr olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Ləkə” adlanan qrafik hekayələr silsiləsindən ilk kitabın ideya müəllifi, yazıçı və rəssamı Fuad İsayevdir.

“Ləkə #1:Başlanğıc" ölkəmizdə ağ-qara üslubda olan ilk milli super qəhrəman komiksdir (qrafik hekayədir). Kitabın qrafik dizayneri Rəsul Həsənovdur. "Qanun" nəşriyyatında çap edilib. Kitab 16 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub.

Noyabr ayında satışa çıxarılan “Ləkə” Azərbaycanda Müəlliflik Hüququ Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir.

“Ləkə” komiksi fövqəltəbii güclərə malik olan şəxs barəsindədir. Qəhrəman Royal adlı biridir. Hadisələr Bakıda cərəyan edir.

Komiksin müəllifi Fuad İsayev “Beynəlxalq münasibətlər” fakültəsinin tələbəsidir. 3 ildir ki, “Ləkə”-nin üzərində işlədiyini deyir:

“İllərdir komiks oxuyucusuyam və bizim ölkədə milli komikslərimizin olmaması mənə təsir edirdi. Və bir gün həmişəki kimi rəsm çəkdiyim bir vaxtda bir personaj ağlıma gəldi. Onu çəkdim. Bundan sonra ağlıma hekayə gəldikdə qeydlər etdim. Nəhayət, bütöv bir həyat hekayəsini bitirdikdən sonra “storyboard” işlərinə başladım. Rəssamlıqla 10 ildən çoxdur məşğul oluram”.

Elmi-fantastik, detektiv janrda olan ədəbiyyatı sevdiyini deyən Fuad İsayev Alan Moore, Frank Miller, Neil Gaiman kimi komiks yazarlarını, Artur Konan Doyl, Aqata Kristi, Stefan Kinq kimi detektiv yazıçıları oxuduğunu, kino sahəsi ilə maraqlandığını və film çəkməyi planladığını deyir.

“Ləkə” komiks kitabını “Ali və Nino” kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz.

# 1515 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news