Xalq Artistinin 70 illiyi qeyd edilib

Xalq Artistinin 70 illiyi qeyd edilib
calendar 30 yanvar 2018
clock 09:52

Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq Artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin anadan olmasının 70 illiyinə həsr edilmiş bədii gecə keçirilib.

Əvvəlcə böyük sənətkarın həyat və yaradıcılığından, maraqlı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək görkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat veriblər. Bildirilib ki, özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib, böyük maraq və rəğbətlə qarşılanıb. Elxan Əhədzadə 30 ildən çox müddət ərzində Musiqili Teatrda fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub.

Qeyd edilib ki, Elxan Əhədzadə “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan” və ”Həyat bizi sınayır” adlı ekran əsərlərində maraqlı rol ifaçısı kimi yadda qalıb.

Tədbir konsert proqramı ilə davam edib.

# 1079 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news