“Xoşbəxtliyə bircə hərf çatmır - O...”

“Xoşbəxtliyə bircə hərf çatmır - O...”
calendar 27 noyabr 2014
clock 14:00

Kulis.Az Ramil Əhmədin yeni şeirlərini təqdim edir.

Amerika

Hər qadın bədəni

kişi üçün yeni bir qitə...

Kəşf edilir;

aza-aza, keçə-keçə,

üzə-üzə, öpə-öpə...

Bütün kişilər Kolumbdu bəlkə?

Sevgi inanmaqdı

ömrün sonuna qədər,

ömrün sonuna qədər

Amerikanı Hindistan bilməkdi.

Qırmızı

naməlum bir ölü tapılanda

gecə saatlarında,

polis maşınının

yanıb sönən mavi işıqları altında

protokola yazılmışdı

mərhumun günahı:

göydələnin damındakı

antenin qırmızı işığından keçib

və çox sevirmiş çoooox...

Sevginin zamanı

Sevginin üç zamanı var:

darıxmaq, ayrılmaq və unutmaq.

Əslində,

biz özümüzü tanımaq üçün sevirik –

necə sevdiyimizi,
necə darıxdığımızı,

necə ayrıldığımızı,
necə unutduğumuz bilmək üçün...

Nikbinlik

Yolmayın,

çobanyastığının günahsız ləçəklərini,

Yormayın, eyni suallarla onu:

– Sevir, sevmir...

Cavabını bildiyiniz sualları

başqasından soruşmayın.

Çiçəklər uşaqlar kimidir,

yalan danışa bilməzlər...

Göndərməyin parabüzənləri

sevdiyinizin arxasınca,

düşünün.

Bəlkə də,

barmağınızın ucundakı böcək

elə sizi aparmaq üçün gəlmiş...

O

Bu qədər sevgilərin içində
elə bil kiminsə sevgisi itkin düşüb.
Bu qədər səsin içində hansısa bir doğma səs yox.
Bu qədər adamın arasında kimsə çatmır.
Əslində, bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan
sevginin, səsin, adamın sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır - o...

# 3366 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news