Salman Rüşdi Aşıq Ədalətin gününə düşdü

Salman Rüşdi Aşıq Ədalətin gününə düşdü
calendar 11 aprel 2015
clock 21:53

Haqqında ölüm fətvası verilən qalmaqallı yazıçı Salman Rüşdinin məşhur əsərlər haqqında yazdığı “aşağılayıcı” fikirlər etirazla qarşılanıb. Kulisin radikal.com.tr-yə istinadən verdiyi xəbərə görə etirazlar yazıçının “Goodreads” adlı saytda yer alan fikirləri internetdə yayılandan sonra başlayıb.

Özünü müdafiə etməyə çalışan yazıçı isə yazdıqlarının gizli olduğunu, hamı tərəfindən oxunacağını bilmədiyini söyləyib.

Rüşdünin “Googreads” də yazdıqlarının bəzilərini təqdim edirik:

Ceyms Coysun “Uliss” əsəri haqqında: “Belə sayıqlamaları heç vaxt oxumamışam. Kitabın ilk iki fəslini rahatca ötürə bilərsiz.”

Faust (Höte) haqqında: “ Əsərin uğuru o qədər cansıxıcı və qıcıqlandırıcıdır ki...”

Samuel Bekket haqqında: “Bekketin darıxdırıcı yazılarında həqiqətən nifrət edirəm. Hər bir cümləsi, qulaqlarımı cırmaqlayır, hətta zorlayır.”

Rüşdi saytdakı hesabında Kinqsli Amisin “Şanslı”, Harper Linin “Quşcuğazı öldürmək” romanlarına beş ballıq şakal ilə 3 bal verdiyi halda Skott Fitsceraldın “Möhtəşəm Getsbi” və bir neçə başqa əsəri ən yüksək dərəcədə qiymətləndirib.

# 1260 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news