Sezen Aksunun uşaqlar haqda kitabı çıxdı

Sezen Aksunun uşaqlar haqda kitabı çıxdı
calendar 24 iyul 2017
clock 10:59

Sezen Aksunun yazdığı “Efe ilə Bulud” musiqili uşaq pyesi Caretta nəşriyyatı tərəfinfən kitab kimi çap olunub.

Bu barədə Kulis.az türk mətbuatına istinadən xəbər verir.

Müğənninin bir uşaqlıq xatirəsindən təsirlənərək qələmə aldığı hekayə heyvan sevgisini, xoşgörüyü, cəsarəti və ümidi tərənnüm edir.

Nəşəli uşaqları, oyunbaz pişiyi, yaşıl ağacları olan qaynar bir məhəllə Sardunya məhəlləsidir. Efe isə məhəllənin ən kiçik sakinidir.

Efe uşaq olsa da dünyadakı hər canlının yeri olduğuna inanır. Amma onun bu inamı məhəllədənin böyüklərindən biri Osman bəylə toqquşur - Osman bəy heyvanlara qarşıdır.

Sezen Aksu Osman bəyin uşaqlığını təsvir edərək, onun bu düşüncələrə, sevgisizliyə gəlib çıxmasının səbəblərini açmağa çalışır.

Əsərin ideyalarından biri əsl cəsurluğu anlatmaqdır. Sezen bu xatirələrlə uşaqlara cəsurluğun heç nədən qorxmamaq yox, qorxuların insanın doğru bildiyini etməkdən saxlamasına imkan verməmək olmasını öyrədir. İnsanın nə vaxtsa itirdiyi sevgiyə, güvənə yenidən qayıtması üçün həmişə yolu olduğunu göstərir.

Rəssam Serap Deliormanın rəsmləri ilə təqdim olunan kitabın sonunda Sezen uşaqlara məktubla səslənir:

“Qosqoca dünyanın qapılarını bizə kitablar açar. Kitabla biz başqa insanları, başqa ölkələri, başqa heyvanları, başqa dünyaları tanıya bilirik. Bu kitablardakılar və ətrafdakılar haqda nə qədər çox xəyal qursaq bizimlə bərabər həyatımız da böyüyər.. İnsanın həyatının böyük olması nə deməkdir, bilirsizmi?... Lütfən həyatınızı fərqli insan və fikirlərlə böyüdün. Böyük həyata çox şey sığdırır insan, unutmayın həyatın böyük olanı gözəldir...”

# 1132 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news