Nodar Dumbadzenin kitabı Bakıda təqdim olunacaq

Nodar Dumbadzenin kitabı Bakıda təqdim olunacaq
calendar 5 oktyabr 2017
clock 11:12

Oktyabrın 8-də, saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində "Kitabsevərlər" hərəkatının 16-cı kitabı olan tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" romanının təqdimat mərasimi keçiriləcək.

Kitab ilk dəfə Azərbaycan oxucusuna 1986-cı ildə "Gənclik" Nəşriyyatı tərəfindən Xeyrulla Əliyevin tərcüməsində təqdim edilib. Bugünlərdə isə gənc yazıçı, jurnalist Cavid Qədirin təşəbbüsü və redaktəsi, İlahə Eldarqızının transliterasiyasında latın qrafikası ilə çap olunub.

Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir.

Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir – müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları – insan faciəsi göz önünə sərilir.

Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 7 manatdır.

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news