Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib

Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib
calendar 13 fevral 2018
clock 10:09

Gürcüstanın Marneuli rayonunda Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkmənistanın bu ölkədəki səfirləri Dursun Həsənov və Dövlətmurad Muradov, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, Marneuli şəhərinin və bələdiyyəsinin rəhbərləri, parlamentin deputatları, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAK-ın sədri Hüseyn Yusubov tədbiri açdıqdan sonra deputat Ruslan Hacıyev Z.Yaqub haqqında xatirələrini danışıb, Xalq Şairinin Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərini qeyd edib.

Qubernator Qriqol Nemsadze Zəlimxan Yaqubun gürcü xalqının qəlbində daim yaşayacağını bildirib. O deyib ki, Z.Yaqub həm də gürcü xalqının böyük oğludur.

Bildirilib ki, Z.Yaqubun ilk məcmu şeiri də məhz böyük gürcü şairi Şota Rustaveliyə həsr olunmuşdu.

Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurad Muradov çıxışında bildirib ki, onun ölkəsində də Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubu çox sevirlər. Z.Yaqubun şeirləri türkmən dilinə tərcümə olunaraq kitab halında çap olunub. Z.Yaqub təkcə Azərbaycan xalqının deyil, bütöv türk dünyasının şairidir. Onun əziz xatirəsi böyük türk xalqının qəlbində daim yaşayacaq.

Sonra Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioglu, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və başqaları çıxış edib, Z.Yaqub haqqında xatirələrini bölüşüblər.

Məktəblilər, incəsənət ustaları Zəlimxan Yaqubun şeirlərini və şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. /azertag.az/

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news