Fərid Hüseyn Kazanda Ana Dili Bayramında

Fərid Hüseyn Kazanda Ana Dili Bayramında
calendar 26 aprel 2018
clock 13:43

Gənc şair Fərid Hüseyn 26-27 aprel tarixlərində Kazanda keçirilən, böyük tatar şairi Abdulla Tukayın doğum gününə təsadüf edən Ana Dili Bayramında ölkəmizi təmsil edir.

Bu gün başlayan tədbirə dünyanın müxtəlif ölkələrindən şairlər, yazıçılar qatılıblar.

Açılış mərasimi Abdulla Tukayın heykəli önündə baş tutacaq. Daha sonra şairlər Musa Cəlilin adına Tatarıstan Dövlət Opera və Balet Teatrında şeirlərini səsləndirəcək, ədəbiyyatşünaslar isə ədibin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edəcəklər. Bu gün həm də Abdulla Tukay adına Dövlət Mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.

Bayramın ikinci günündə tədbir iştirakçıları Abdulla Tukayın dünyaya göz açdığı vilayətə – Ətnə rayonuna (keçmiş Quşlavıc) səfər edəcək, orada ədibin muzeyi ziyarət olunacaq və ədəbi-bədii gecə keçiriləcək.

F.Hüseyn şeir gecəsində “Abdulla Tukay və ölümün möcüzəsi” adlı məruzəylə çıxış edəcək və şeirlərini oxuyacaq./artkaspi.az/

# 1163 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news