Muğam Mərkəzində Şairlər Günü keçirilib

Muğam Mərkəzində Şairlər Günü keçirilib
calendar 6 iyun 2018
clock 15:30

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb.

Azərbaycan və Türkiyə himnlərinin ifası ilə başlayan mərasimdə bu il 110 illik yubileyi qeyd olunan Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar layihənin səkkiz ildir davam etməsini ədəbiyyatın və kitabın təbliği baxımından müsbət hal kimi dəyərləndirib. Anar bildirib ki, Şairlər Gününün nakam şair Müşfiqin xatirəsinə həsr olunmasının xüsusi mənası var: “Biz dünən Müşfiqin xatirəsini yad etmək üçün dənizə gül səpdik. Bir möcüzənin şahidi oldum. Bizə geri qayıdanda dənizə səpdiyimiz qərənfillər üzü Nargin adasına sarı gedirdilər. Sanki bizim hörmət və ehtiramımızı Nargində qətlə yetirilən bütün nakam taleli insanlara, o cümlədən Müşfiqə aparırdılar”.

Layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Şairlər Günü haqqında geniş məlumat verib. O, bildirib ki, layihəyə təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də böyük maraq var. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında geniş məlumat alır, azərbaycanlı yazıçılarla yaxından tanış olurlar.

Millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız və başqaları tədbir haqqında fikirlərini bölüşüb, Şairlər Gününün təşkilini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir.

# 1130 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news