Dövlətin ədəbiyyat xərci: 1 milyon manat

Dövlətin ədəbiyyat xərci: 1 milyon manat
calendar 20 dekabr 2012
clock 11:44

Azərbaycan Yazıçılar Birliyinə 2013-cü ilin dövlət büdcəsindən 498,750 min manat pul ayrılıb. Bu barədə 2013-cü ilin dövlət büdcəsi haqqında qanunu tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanının “Dövlət büdcəsindən ayrılan maliyyə yardımı” maddəsində məlumat verilir.

Bəstəkarlar İttifaqına ayrılan vəsait 353, 005 min, Rəssamlar İttifaqına isə 181, 723 min manatdır.

Xüsusi olaraq qeyd edək ki, Yazıçılar Birliyinə ayrılan vəsaitdən bu qurumun ədəbi orqanları yararlana bilmir. Yazıçılar Birliyinin ədəbi orqanlarına vəsait Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDDF) tərəfindən ayrılır.

KİVDF-dən bu mətbu orqanlara ayrılan vəsait aşağıdakı kimidir:

“Azərbaycan” jurnalına 160, 512 manat

“Ulduz” jurnalına 65, 208 min manat

“Literaturnaya Azerbajana” jurnalına 77, 246 min manat

“Qobustan” jurnalına 55 min, 176 manat

“Ədəbiyyat” qəzetinə 200, 640 min manat.

“Ədəbiyyat” qəzetinə ayrılan vəsaitdən “Mir Literatura” qəzetinin dərci üçün də vəsait sərf edilir.

Yazıçılar Birliyinin ədəbi orqanlara ümumilikdə 558, 782 manat pul ayrılır. Birliyin özünə də ayrılan 498,750 min manatı da bura əlavə etsək ədəbiyyata ayrılan büdcənin bir milyon manatdan artıq olur.

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news