“Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edilib

“Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edilib
calendar 12 fevral 2015
clock 13:16

Mədəniyyət və Turizm Nazirliyi “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, mükafat 2014-2015-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə elan olunub.

Mükafat nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri, orijinaldan bədii tərcümə əsərləri, uşaqlar üçün yazılmış bədii əsərlər üzrə elan olunub.

Göstərilən ədəbi janrlarda yaradılıb, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur, mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.

Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

İşlər fevral ayının 16-dan aprelin 20-si son təqdimat günü olmaqla Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.

# 1447 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news