Kafkanın bu heykəli hamını heyrətləndirir - VİDEO

Kafkanın bu heykəli hamını heyrətləndirir - <span style="color:red;">VİDEO
calendar 19 may 2016
clock 16:35

“Frans Kafkanın başı” adlı heykəl yazıçının vətəni Çexiyada, paytaxt Praqada qoyulub. Quadrio ticarət mərkəzinin qarşısında, yazıçının bir zamanlar işlədiyi Sığorta Şirkətinin yanında quraşdırılan heykəl tamaşaçıları heyrətləndirir.

Heykəl yazıçının “Çevrilmə” əsərindən təsirlənərək hazırlanıb. Heykəlin müəllifi David Çernıydır.

Baş heykəli güzgü kimi parıldayan, paslanmayan poladdan hazırlanmış disklərdən ibarətdir. Hündürlüyü 10 metr, ağırlığı 45 tondur. Heykəlin hazırlanmasında müxtəlif istiqamətlərə fırlanan 42 diskdən istifadə olunub. Hər disk dəqiqədə 6 dövrə vurur. Disklər Frans Kafkanın şəklinə, daha sonra isə güzgüyə çevrilir.

Abidə Praqa bələdiyyəsinə 30 milyon krona başa gəlib.

Heykəl daima işlək vəziyyətdədir, yalnız pis hava şəraiti və qar zamanı xüsusi örtüklə bağlanır.

# 1028 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news