Sabir Rüstəmxanlının yubileyi qeyd olundu

Sabir Rüstəmxanlının yubileyi qeyd olundu
calendar 26 may 2016
clock 10:05

Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Adil Əliyev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və başqaları iştirak edib.

Yazıçılar Birliyinin katibi İlqar Fəhmi S. Rüstəmxanlını birliyin rəhbərliyi və üzvləri adından təbrik edib, yubilyarı Azərbaycan ədəbiyyatı və ictimai həyatının nüfuzlu xadimi kimi dəyərləndirib.

Türkiyəli şair Özcan Ünlü, Tatarıstanın xalq şairi Robert Milnuri, "Xudojestvennaya literatura" nəşriyyatının direktoru Georgi Pryaxun və başqaları S. Rüstəmxanlının Azərbaycanın və türk dünyasının ictimai və ədəbi həyatında oynadığı roldan danışıblar.

Yubiley mərasimində S. Rüstəmxanlının sözlərinə yazın mahnılar ifa olunub, şeirləri səsləndirilib.

S. Rüstəmxanlı tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib, 70 illik həyatında insanların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini qeyd edib:"Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çoxsaylı yazılar yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur. Bu tədbirdə bütün türk dünyasından qonaqlar iştirak edir. Əziyyət çəkib gələn, məni qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm".

# 976 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news